Cəmiyyət 11 Aprel 2022, 17:03 | Baxış sayı: 227
"Əgər bizə seçkilərə qatılın desələr, 10 milyon səs Ərdoğan üçün hazırdır. Ərdoğan bizim qəhrəmanımızdır".

Meclis.infonun məlumatına görə, TMB TVdə Serkan Aksarın aparıcısı olduğu "Sondan Önce" verilişində deputat Anar İsgəndərov qonaq olub.

A. İsgndərov ölkənin bütün əhalisini nəzərdə tutaraq, " Əgər bizə seçkiyə qatılın desələr, 10 milyon səs Ərdoğan üçün hazırdır" deyib. 

"Bir cümləm var. Əgər Azərbaycandan gəlin, səs verin desələr, 10 milyon Ərdoğanın yanındadır. Təbii ki, belə bir şey mümkün deyil, amma olsaydı, 10 milyon Ərdoğan üçün gələrdi. Buna şübhəniz olmasın. 

Deputat əlavə edib ki, "30 ildən sonra Qarabağı aldıq. Qarabağın azad edilməsi Əliyev və Türkiyə Baş Naziri Ərdoğan sayəsində olub. Əliyev kimi Ərdoğan da bizim qəhrəmanımızdır.

Qonaqlar arasında vəkil Hikmet Ömeroğlu, YAP-çı millət vəkili Elman Nəsirov və  İstanbul şəhər İntizam Şurasının sədr müavini Ahmet Aydın da var idi. 

Xəbərlər