Konfrans 18 Aprel 2024, 17:27 | Baxış sayı: 680
"Fransa Prezidentinin sözü ilə əməli üst-üstə düşmür"

Emmanuel Makron Əlcəzairə səfərində belə fikir səsləndirmişdi ki, kolonializm dünyanın ən böyük dəhşətlərindən biridir. Ancaq biz bu gün Fransa Prezidentinin dedikləri ilə əməllərinin üst-üstə düşmədiyini görürük.

Bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentdə təşkil olunan “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

O vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə dövlətlərin böyüklüyünün onların ərazilərinin genişliyi ilə əlaqəli olmadığını bütün dünyaya göstərib.

Deputat Yeni Kaledoniyanın müstəqillik əldə edəcəyinə ümidvar olduğunu bildirib.

report.az

Xəbərlər