Konfrans 18 Aprel 2024, 17:23 | Baxış sayı: 279
"Fransa Yeni Kaledoniyada keçirilən referendumların nəticələrini saxtalaşdırır"

Fransa Yeni Kaledoniyada keçirilən referendumların nəticələrini saxtalaşdırır.

Bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev “Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfransa çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fransa guya kanak xalqının müstəqillik istəmədiyini göstərməyə çalışır:

"Bu hal təkcə Yeni Kaledoniyada yox, həm də Koriskada yaşanır. Hətta bu yaxınlarda onlara öz dillərində danışmaq qadağan edilib. XXI əsrdə Fransa hökuməti digər xalqlar üzərində ibtidai icma quruluşuna dair qaydaları tətbiq etməyə çalışır".

C.Feyziyev bildirib ki, bu gün dövlətlər hətta heyvanların hüquqularının qorunması ilə bağlı qanunlar qəbul edir:

"Lakin Fransa insanları öz təbii hüquqlarından məhrum edir və onları mənimsəyir. Bu mübarizə müstəqilliyi arzu edən və dəstəkləyən bütün ölkələrin mübarizəsi olmaldır. Bu dövlətlərdən biri də Azərbaycandır, rəsmi Bakı Korsika, Yeni Kaledoniya kimi ölkələrə öz dəstəyini verir".

report.az

Xəbərlər