Siyasət 4 Oktyabr 2023, 15:20 | Baxış sayı: 252
“Azərbaycan zəfər tarixinə yekun nöqtəni qoydu”

“Nəhayət Qarabağla bağlı münaqişə tarixçəsinin kulminasiya nöqtəsinə varıldı. Qondarma rejimin keçmiş qondarma rəhbərləri Arkadiy Quksyan, Bako Saakyan, Araik Arutunyan başqa bir neçə canilərlə birlikdə həbs olunaraq Bakıya gətirildi.” – bu fikirləri açıqlamasında millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ən möhtəşəm Zəfər tarixinə beləcə yekun nöqtəsi qoydu.

“Bu tarixi Zəfər əsrlər boyu xalqın yaddaşında yaşayacaq. Həbs olunan müharibə caniləri isə ermənilərin türk millətinə qarşı əsrlər boyu etdikləri saysız hesabsız xəyanətlərin hesabını Azərbaycan xalqı qarşısında verəcəklər. Azərbaycan öz möhtəşəm Zəfəri ilə keçmiş sovetlər ərazisində yaradılmış Abxaziya və Cənubi Osetiya, Dnestryanı və Donbas münaqişələrin həlli üçün elə bir presedent yaratdı ki, onun səmərəliliyi artıq heç kimdə şübhə doğurmur. Azərbaycanın öz ərazisində az qala bütün dünya tərəfindən dəstəklənən “Miatsum” kimi qəddar bir separatizmin kökünü kəsməsi bütün dünyada separatçılıq və siyasi xəyanət ideyasının özünü sarsıtdı. Azərbaycanın bu tarixi qələbəsindən sonra bu cür dağıdıcı fəaliyyətə uymaq və başlamaq artıq heç bir şəxs və ya qurum üçün cəlbedici görünməyəcək. Qukasyanların, saakyanların, arutunyanların və əlinə silah alıb insanlığa qarşı vuruşaraq öz şərəfsiz ölümünə qovuşmuş digər minlərlə quldurların taleyi onlara ibrət dərsi olacaq. Yaşasın Azərbaycan!”-deyə Cavanşir Feyziyev bildirib.

Xəbərlər