Siyasət 27 Yanvar 2023, 15:47 | Baxış sayı: 264
"İran dövləti səfirliyin qorunmasına məsul idi"

İranda baş verən məlum terror hadisəsi zamanı şəhid olan həmvətənimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Bu olduqca çirkin bir terror aktıdır və onun iştirakçıları mütləq cəzalandırılacaqlar.
AzVision.az xəbər verir ki, bunu bu gün İranda Azərbaycan səfirliyinə olan xain hücuma münasibət bildirən Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

O qeyd edib ki, məsələnin təhlil edilməli bir neçə tərəfi var.


- Birincisi səfirliyin təhlükəsizlik məsələsidir. Həmin səfirlik Azərbaycanın suveren ərazisidir və ora olan hücum eyni zamanda Azərbaycan ərazisinə qəsddir. Düşünürəm ki, birinci istiqamət kimi bunu vurğulamalıyıq. İkincisi, səfirliyin qorunmasına məsul olan tərəf məhz İran dövlətidir və bu ölkə mütləq şəkildə beynəlxalq konvensiyalara uyğun olaraq səfirliyin təhlükəsizliyini təmin etməlidir. Bu hadisə onu göstərir ki, vaxtında lazımi tədbirlər görülməyib. Alternativ bir müqayisə aparaq - baxmayaraq ki, İranın Azərbaycana qarşı uzunmüddətli təxribatları olub, Azərbaycan dövləti beynəlxalq konvensiyalara uyğun olaraq İranın Azərbaycandakı səfirliyinin təhlükəsizliyini hər zaman ən yüksək səviyyədə təmin edib. Nəinki İranın, Azərbaycanda akreditə olunmuş bütün səfirliklərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilir.

Xəbərlər