Siyasət 17 Yanvar 2024, 15:57 | Baxış sayı: 93
“Paşinyan İlham Əliyevin qarşısında sudan çıxan cücəyə oxşayır”

"Ermənilərin xalqımıza qarşı törətdiyi ən dəhşətli qətliamlardan birinin - Xocalı soyqırımının 31 ili tamam olur. Bu faciəni törədənlər - Köçəryan, Sərkisyan, Ohanyan və onlarca başqaları hələ də öz layiqli cəzalarını almayıblar".

Bu fikirləri açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Millət vəkili həmçinin bildirib ki, 44 günlük Vətən müharibəsi ilə bütün Ermənistan və onun havadarlarını darmadağın etməklə bizə düşmən olan bütün qüvvələr əslində cəzalarını alıblar:

"Cəzalarını alıblar ki, bu gün Ermənistanın baş naziri Azərbaycan prezidentinin qarşısında sudan çıxan cücəyə oxşayır. Gah böhtan atır, gah yalvarır, gah havadarlarından kömək istəyir.

Gah Rusiyanın qucağına düşür, gah da Qərbin qucağına gedir. Bütün bunlar o deməkdir ki, Ermənistan cəzasını alıb. Bir vaxtlar "Azərbaycan bir də torpaq iddiasında olsa, hətta Bakını ala bilərik" - deyirdilər. Nəticədə qalib bizik və Azərbaycan da qalib ölkə kimi hökm edir. Bu gün Azərbaycan istər türk dövlətləri arasında, istər müsəlman ölkələri arasında, istərsə də Mərkəzi Asiyada böyük nüfuz sahibidir. Hətta Qərbdə belə Azərbaycanın nüfuzu göz önündədir. Əmin olun ki, növbəti addımlar Xankəndinə, Xocalıyadır. Bax o zaman bir daha deyəcəyik: "Qisasımızı aldıq, şəhidlərimizin ruhu şaddır". Köçəryan kimilərə gəlincə, Ermənistanın Milli Qəhrəmanı olsalar da, amma bu gün onlar gah həbs olunurlar, gah haqlarında ev dustaqlığı qərarı çıxır. Artıq onlar arxivdədirlər. Bu gün qüdrətli Azərbaycanla heç bir yerdə sözü keçməyən Sarkisyan və ya Köçəryan kimiləri müqayisə edilə bilməz. Onlar artıq güc hesab edilmirlər və lənətlənmiş insanlar kimi də tarixdə qalacaqlar. Azərbaycan torpaqlarında soyqırımı törədənlərin heç biri, keçmişdə Andraniklə olduğu kimi, tarixdə xoş xatırlana bilməz. T

arixdə həmişə ermənilər başqalarından kömək uman, əxlaqı yerində olmayan millət kimi tanınıblar. Fridrix Engels kimi tarixin dahi şəxsiyyətləri də bunu dəfələrlə bəyan ediblər. Azərbaycan həqiqətlərinin dünyanın bir çox dövlətlərinin qəbul etməməsi normaldır. Azərbaycan türk dövlətidir. Türk dünyasının hansı uğuruna dünya sevinir ki, Azərbaycanın uğuruna da sevinsin və ya tarixi həqiqətlərimizi qəbul etsin. Bu gün sizcə Qərb niyə bizim dediklərimizi qəbul edir? Çünkü Qərbin bizə ehtiyacı var. Tarix boyu türk özü-özünü qoruyub. Niyə bütün dünya Xocalı həqiqətlərini qəbul etmir? Əgər haqq ədalət olsaydı niyə Azərbaycan torpaqlarının 20 faizi işğal olunurdu? Haqq yox idi, ədalətsizlik idi, ermənilərin havadarları çox idi ki, Azərbaycanın torpaqları işğal olundu. Demək hər kəs öz maraqlarına görə davranıb. İstər Qərb, istərsə də digər ölkələr. O sözdə deyilir ki, dünyanın demokratik dəyərləri Qərblə bağlıdır. Müstəqil dövlət olaraq bu 30 ildə Qərbdən bizə qarşı ədalət görmədik, indi də görmürük. Sadəcə Qərb bizə məcburdur. Niyə məcburdular? Hazırda güclü bir Azərbaycan və onun haqqını müdafiə edən dövlətlər var. Ən əsası, Azərbaycan heç bir Qərb liderlərinin dövlətimizin mənafelərinə zidd olan sözünə məhəl qoymur. Öz sözümüzü dünyaya bəyan edirik, bundan sonra da edəcəyik. Biz ədaləti və haqqı öz gücünə, şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına bərpa etmiş bir dövlətik".

musavat.com

Xəbərlər