Ümumi 15 Yanvar 2024, 18:40 | Baxış sayı: 106
"Media Agentliyinin bütün heyəti öz sahəsinin peşəkarıdır"

Medianın İnkişafı Agentliyinin əsas vəzifələrindən biri mütəxəssis yetişdirmək, müstəqil Azərbaycan mediasının inkişafına təkan verməkdir. Media o işlərdə özünü göstərməlidir ki, həmin işlər dövlətimizin maraqlarına xidmət edir". 

Bunu açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

O vurğulayıb ki, ölkənin daxili və xarici siyasətində görülən işlərlə bağlı ölkəmizə böhtan atan qüvvələrə qarşı media son illərdə effektiv mübarizə aparır: 

"Media Agentliyinin bütün heyəti öz sahəsinin peşəkarıdır, buna görə də üç il ərzində uğurları kifayət qədərdir. Agentliyin bundan sonrakı fəaliyyətinə də ciddi ehtiyac var.

Torpaqlarımızı azad etdik, suverenliyimizi bərpa etdik, amma ideoloji mübarizə davam edir. İnformasiya müharibəsində Agentliyin üzərinə böyük vəzifə düşür. Buna görə də daha güclü mütəxəssislər yetişdirilməli, inkişaf yolu müəyyən edilməli, yol xəritəsi cızılmalıdır. Agentliyin fəaliyyətinə uğurlar arzu edirəm. 

demokrat.az

Xəbərlər