Siyasət 17 Oktyabr 2022, 14:25 | Baxış sayı: 270
"Azərbaycan Qarabağ problemini həll edib"

“Azərbaycan tarix boyu heç vaxt heç bir dövlətə qarşı ədalətsiz müharibə aparmayıb, öz ərazi bütövlüyünü qorumaq üçün müharibə edib. Tarixdə belə müharibələrə “ədalətli müharibə” deyirlər. Azərbaycan dövlət müstəqlliyini bərpa edəndən bəri Fransa və Fransanın rəhbərləri həmişə Azərbaycana qarşı olublar, xüsusilə “Dağlıq Qarabağ” problemi ilə bağlı. Fransanın hazırkı Prezidenti Emmanuel Makron bütün beynəlxalq hüququn normalarını aşır və pozur. Əslində kimsə kimisə müdafiə edə bilər. Amma bir dövlət müdafiə etdiyi dövlətin ədalətsiz, müdafiə etdiyi millətin faşist təxəyyüllü millət olduğunu bilə-bilə yenə də onu müdafiə edirsə... Deməli, Makron da bu xarakterin sahibidir. Bu mənada Azərbaycan Qarabağ problemini həll edib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

“Dövlət başçımızın dediyi kimi, artıq ATƏT-in Minsk Qrupunun üzvü, əslində belə bir təşkilat yoxdur, Fransa dövləti də Azərbaycana qarşı nahaq, ədalətsiz hansısa qərar qəbul edəcəksə, onda Azərbaycan da Fransa ilə bağlı qərarını verəcək. Lakin yeni müharibədən söhbət gedə bilməz. Fransa bu müharibəni heç vaxt başlaya, qızışdıra bilməz. Çünki ölü bir Ermənistan var. Ölü Ermənistanı bu gün bütün dövlətlər müdafiə etmir. Birincisi, Ermənistanın iddiaları ədalətsizdir, haqsızdır. Ermənistan terrorçu bir dövlətdir. Fransa kimi ermənisayaq dövlətlər onu müdafiə etsələr belə, Azərbaycan öz yolu ilə gedir. Cənab Prezident də dedi ki, Ermənistanın özündə yenidən kimsə Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı düşüncəyə qapılsa, cavabını alacaq. Yeni müharibə yox, əgər Ermənistan sülh müqaviləsi bağlamaq istəməsə, Azərbaycana qarşı yenidən ərazi iddiaları ilə çıxış etsə, Ermənistan növbəti dəfə cavabını alacaq”, - deputat bildirib.

Xəbərlər