Siyasət 31 İyul 2023, 13:25 | Baxış sayı: 80
“Xaçaturyan ən ağır cəzaya layiq görülməlidir, ömürlük cəza çəkdiyi müddətdə hər gün ölüb, dirilməlidir”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev Meşəli soyqırımı hadisələri ilə bağlı saxlanılaraq məsuliyyətə cəlb edilən Xaçaturyan Vaqif Çerkezoviç barəsində ölüm hökmünün çıxarılması təklifinə münasibət bildirib.

 

N.Məhəməliyev açıqlamasında deyib ki, Azərbaycanda ölüm hökmü qanunla aradan qaldırılıb.

 

“Təbii ki, Xaçaturyan əli günahsız insanların, körpələrin qanına bulaşmış bir qatildir. Amma Azərbaycan Avropa hüquq məkanında yerləşdiyi üçün beynəxalq hüququn subyekti olaraq burada ölüm hökmü tətbiq olunmur. Xaçaturyanın layiqli cəzasını alacağına şübhə etmirəm. Bundan ötrü ömürlük həbs cəzası mövcuddur. Xaçaturyanın ömürlük həbsə məhkum olunması, ona heç bir güzəştə gedilməməsi onun birdəfəlik ölümü ilə yox, hər gün ölməsi ilə nəticələnə bilər. Təbii ki, belə parazitlərdən cəmiyyəti xilas etmək lazımdır. Xaçaturyan ən ağır cəzaya layiqdir, amma Azərbaycan sivil, hüquqi dövlətdir. Qanunlara uyğun şəkildə qərarlar qəbul etməliyik. Məhz bir Xaçaturyana görə qanunlarımızda dəyişiklik etməyimiz dövlət adına anlaşılmaya bilər. Mən belə düşünürəm. Yəni bir nəfərə görə qanunlarımıza dəyişiklik etsək, bu, Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərə bilər. Əlbəttə, Xaçaturyan ən ağır cəzaya layiq görülməlidir, ömürlük cəza çəkdiyi müddətdə hər gün ölüb, dirilməlidir. Bu cəza kifayətdir”, - deputat bildirib.

pravda.az

Xəbərlər