Siyasət 25 Sentyabr 2023, 16:10 | Baxış sayı: 180
"Kim Qarabağda yaşamaq istəmirsə, yaxşı yol, gedə bilər..."

“Azərbaycan cəmiyyətinin ermənilərə qarşı aqressiv münasibəti bəlli məsələdir. 30 il düşmənçilikdən sonra kimsə gözləyir ki, Azərbaycan cəmiyyəti ermənilərə qarşı çox humanist davranacaq? Kifayət qədər davranıb. Ermənilərdən fərqli olaraq biz onlar üçün şərait yaradırıq, hətta dəhliz açımışıq ki, Azərbaycanı tərk etsinlər. Vəssalam, bitdi!”

 

Bu sözləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycanın humansit davranışlarının qarşılığında Qarabağda yaşayan bəzi ermənilərin sərgilədikləri nankor davranışların Azərbaycan ictimaiyyətində narazılıq yaratmasına münasibət bildirərkən deyib. 

 

“Cənab Prezident öz müraciətində açıq şəkildə vurğuladı ki, kim arzulayırsa, onun bütün hüquqları, təhlükəsizliyi qorunacaq, təminatı olacaq. Kim Qarabağda yaşamaq istəmirsə, yaxşı yol, gedə bilər. Burada heç bir problem yoxdur...”, - deputat deyib. 

pravda.az

Xəbərlər