"ÜST-ün dünyada pandemiyanın bitməsi ilə bağlı yekun rəyi yoxdur"
Milli Məclisin deputatı Aydın Hüseynov hesab edir ki, ölkədə koronavirusa görə xüsusi karantin rejimi tamamilə ləğv edilmədiyindən, quru sərhədlərin bağlı qalması vacibdir: "Bu məsələ ilə bağlı mütəxəssis deyiləm, amma karantin rejiminin tətbiqi üçün xəstəliyin yayılması, yayılmasının intensivliyi, hansı formada daha çox yayılır və bu kimi amillərə baxılır. Əksər ölkələrdə bu proses gedir. ÜST-ün dünyada pandemiyanın bitməsi ilə bağlı yekun rəyi yoxdur".
Onun fikrincə, "söhbət insanların sağlamlıq məsələsindən getdiyi üçün həssas yanaşma tələb edir".
Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahın statistikasına görə, son həftələrdə koronavirusa ən çox günlük yoluxma sayı 33 olub. Mayın 11-nə olan məlumata görə, hazırda aktiv xəstə sayı 70 nəfərdi, mayın ilk 10 günündə ölkədə koronavirusdan ölüm faktı qeydə alınmayıb.
Mənbə: pravda.az