KOMİTƏ İCLASLARI 3 Noyabr 2023, 16:15 | Baxış sayı: 156
"Uşağına pul verməyən ata dövlətə verəcək?"

Mən Aliment Fondunun yaradılmasına qarşıyam”.
 Bu fikirləri deputat Aqiyə Naxçıvanlı parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

"Biz müsəlman dövlətiyik. Bizdə ailə dəyərləri o qədər yüksəkdir ki, əgər ata öz uşağının pulunu vermirsə, dövlətə pul verəcək?! Biz elə qanun və qaydalar yaradıb atanı məcbur etməliyik ki, uşağının pulunu versin. Alimenti niyə dövlətin boynuna qoymalıyıq?! Uşaqlar üçün nəzərdə tutulan müavinətlərin, eləcə də “süd pulu”nun artırılmasının isə tərəfdarıyam". (Apa)

Xəbərlər