Ümumi 17 May 2023, 14:15 | Baxış sayı: 164
“Deyəsən, dərs proqramından xəbəriniz yoxdur”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı təhsil naziri Emin Əmrullayevin məktəblərdə tədrisin sentyabrın 1-dən başlaması ilə bağlı təklifinə, eyni zamanda nazirin “10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam" fikirlərinə münasibət bildirib.

 

A.Naxçıvanlı Pravda.az-a açıqlamasında deyib ki, dərslər əvvəllər həmişə ənənəvi olaraq sentyabrın 1-dən başlayırdı və buna hamı, eyni zamanda valideynlər də öyrəşmişdi.

 

“Amma deyəsən, proqramdan xəbəriniz yoxdur. Proqram uşaqlar üçün o qədər çətindir ki, onlara iki gün istirahət verilməsi daha düzgün olardı. Çünki uşaqların altı gün oxuyub, bir gün istirahət etmələri az iş deyil. Dərs proqramı həddindən artıq çətindir. Tədris ilinin uzanması proqramın dəyişməsinə, sadələşməsinə də imkan verəcəksə, şübhəsiz ki, bu, düzgün təklifdir. Həmin dərs proqramı qalasıdırsa, onda tədris ilinin sentyabrın 1-dən başlayıb, dərs günün isə beş gün olmasının tərəfdarıyam”, - deputat bildirib.

Xəbərlər