Təhsil 18 Sentyabr 2023, 16:34 | Baxış sayı: 248
"Bilik Günündə meyxana səsləndirilməsi düzgün deyil, məsuliyyəti birbaşa məktəb direktorları daşıyırlar"

Bakıda fəaliyyət göstərən əksər məktəblərin 15 Sentyabr- Bilik Günü ilə əlaqədar keçirilən tədbirlərində Qarabağ, Azərbaycan, vətənpərvər mövzulu milli mahnılar əvəzinə, meyxanalar səsləndirilməsi tənqid olunur. Bildirilib ki, məktəblər direktorları səviyyəsində meyxanaya meyillilik yolverilməzdir, meyxananın bu cür təbliğatı sonradan şagirdlər arasında mənfi situasiyalara, xoşagəlməz hallara yol aça bilər. 

 

Müzakirələrlə bağlı fikirlərini bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı da deyib ki, məktəb tədbirlərinə meyxana ilə başlamaq yolverilməzdir. 

 

“Yaşadığımız ərazidə yaxınlıqda məktəb var. Orada tədbir Dövlət himni ilə başlandı, normal tədbir idi. Bir halda ki, dərs ilinə Zəfər bayramı ilə başlamışıq, o qədər vətənpərvər ruhda mahnılarımız var ki. Məncə, o cür mahnılar səsləndirilməli idi. Əgər məktəblərdə, doğrudan da, meyxana səsləndirilibsə, düzgün deyil. Bu məsələdə məsuliyyəti birbaşa məktəb direktorları daşıyırlar. Gərək, onlar buna yol verməyəydilər. Əvvəldən tədbirə hazırlıq gedir, açılışa hazırlaşırlar, musiqini də, çıxışları da seçirlər. Bu, tədbirlər planıdır, hazırlıq işi balaca iş deyil ki. Bu işdə valideynlər, şagirdlər, o qədər adam iştirak edir. Bunu düşünülmüş halda etmək lazım idi. Necə gəldi ola bilməz...”, - deputat bildirib.

pravda.az

Xəbərlər