Siyasət 14 İyun 2023, 15:19 | Baxış sayı: 100
“Şuşada Baş Konsulluğun fəaliyyətə başlaması Türkiyənin Qarabağda varlığı deməkdir”

"Şuşada Türkiyənin Baş Konsulluğunun açılması məsələsi prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın 15 iyun 2021-ci il tarixdə imzaladıqları strateji müttəfiqlik və tərəfdaşlıq haqqında bəyannamədə öz əksini tapıb. Artıq iki il müddətində Şuşada genişmiqyaslı tikinti-quraşdırma, abadlıq işləri aparılmaqdadır. Düşünürəm ki, yaxın vaxtlarda texniki məsələlər həllini tapar və konsulluq fəaliyyətə başlayar". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, Şuşada Baş Konsulluğun fəaliyyətə başlaması Türkiyənin Qarabağda de-fakto varlığı deməkdir:

"Təbii ki, bu strateji baxımından olduqca vacibdir. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin bərpasında xeyli sayda türk şirkətləri çalışır. Prezident Ərdoğanın bu məsələni bir daha xatırlatması isə əlaqələrimizin daha da dərinləşdirilməsi üçün siyasi iradənin olduğu anlamına gəlir".

Xəbərlər