“Sülhməramlılara ultimatum verilməlidir ki, ya missiyanızı yerinə yetirin, ya da rədd olub çıxın gedin, vəssalam"
Siyasət
12 Dekabr 2022, 15:37 | Baxış sayı:
175
“Rusiya istəməz ki, Azərbaycanla Ermənistan dost olsun, mehriban yaşasın. Axı Moskvaya bu, sərf etmir. Parçala, hökm sür... Burada ayrı məqsəd yoxdur”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Aqil Abbas bu gün Şuşada sülhməramlılara qarşı azərbaycanlılar tərəfindən keçirilən aksiya barəsində danışarkən deyib.
“Azərbaycan sülhməramlılara ultimatum verməlidir ki, ya missiyanızı yerinə yetirin, ya da rədd olub çıxın gedin, vəssalam. Yumruq! Gücə güclə cavab verərlər”, - deputat bildirib.