“8 kəndin hərbi əməliyyatlar yolu ilə qaytarılması fikri düzgün deyil”
Siyasət
6 Mart 2024, 15:24 | Baxış sayı:
193
“İşğal altında olan 8 kəndin hərbi əməliyyatlar yolu ilə geri qaytarılması fikri düzgün deyil. Diplomatiya yolu ilə həll edəcəyik”.
Bu sözləri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.
“Hələ diplomatiya qüvvədədirsə, diplomatiyada öndə gediriksə, qalib gəliriksə, müharibə lazım deyil. Yenidən müharibə qızışdırılsa, ermənilər səs-küy salacaqlar ki, guya Ermənistanın ərazisini işğal edirlər. Dünyanı üstümüzə qaldıracaqlar, onsuz da, qaldırıblar. Cənab Prezident özü nəyi, nə vaxt edəcəyini və nə vaxt deyəcəyini bilir”, - deputat vurğulayıb.
pravda.az