“Allah serial çıxarana lənət eləsin!”
Cəmiyyət
13 Fevral 2024, 16:24 | Baxış sayı:
242
2023-cü ildə yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adların verilib: Jasmin, Sofiya, Adelina, Melisa və s.
Deputat Aqil Abbas bunun səbəbini xarici seriallarda görür:
“Valideynlər seriallara baxırlar, hansısa qəhrəman xoşlarına gəlirsə, onun adını uşaqlarına qoyurlar. Allah serial çıxarana lənət eləsin! Hər bir halda uşağa milli türk adları qoyulmalıdır. Təbii ki, inzibati qaydada valideynlərə təsir etmək mümkün deyil, yalnız maarifləndirmək lazımdır.
Məsələn, mən uşağımın adını Yevdakida qoymaq istəyirəmsə, buna kim mane ola bilər?! Hər kəs ad seçməkdə azaddır. Sadəcə olaraq istəməzdik ki, belə olsun”.
bizim.media