idman 23 Fevral 2024, 15:51 | Baxış sayı: 42
“10 nəfərlə 12 nəfərin ağzını yırtdıq”

“Qarabağ” futbol klubu tapdaladı keçdi, 1/8 finala çıxdı. “Qarabağ” tarixində avrokubokların 1/8 finalına çıxdı” deməyək. Tarixindən danışmayaq, “Qarabağ”ın uzun bir tarixi var ki? Hələ 30 ildir müstəqilik, “Qarabağ” da 30 ilin müstəqil komandası kimi fəaliyyət göstərir, SSRİ-də yox. “Qarabağ”ı “Barselona”, “Real”la, “Mançester Yunayted”lə niyə müqayisə edirlər ki?! Bəli, ilk dəfə Azərbaycan futbolunda “Qarabağ” avrokubokların 1/8 finalına çıxdı. Darıxmayın, Allah qoysa, 1/8-i də keçəcək”.

Bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.

O əlavə edib: “Dünənki oyunda hakim rəqib komandadan yana oynadı, amma xeyri olmadı. 10 nəfər idik, onlar isə 12 nəfər. 10 nəfərlə 12 nəfərin ağzını yırtdıq, vəssəlam”.

pravda.az

Xəbərlər