Cəmiyyət 3 Mart 2023, 14:05 | Baxış sayı: 319
“Spirtli içki içəndə, Allah insanı tərk edir”

Şəriətə görə, ibadətlə məşğul olub içki içmək haram və böyük günahdır. Bəzi insanlar düşünür ki, 100 qram içib, özümü idarə edirəmsə, məst olmuramsa, bunun nəyi günahdır? Din xadimləri isə birmənalı şəkildə belə halların günah olduğun deyir, həmin şəxsləri isə cahil sayırlar. Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, indiki zamanda ibadətlə məşğul olan insanların əksəriyyəti içki içməklə məşğuldur:

 

“İçki içməklə bağlı alimlərin hər birinin özünəməxsus rəyləri var. Kiminə görə içki içmək insanı dindən-imandan çıxardığı halda, kimisinə görə də sadəcə bir günahdır və Allah istəsə, onu cəzalandıracaq. Qurani-Kərimdə isə şərab içmək ən pis əməllərdən biri kimi qiymətləndirilir. Təmiz insanlara içki içməyi heç bir halda yaraşdırmıram. Bu həyatda kim pis əməllə məşğul olursa, etdiyi hərəkət də əvvəl-axır onun qarşısına çıxacaq. Lakin elələri də var ki, təmiz qəlblə Allaha, dininə, imanına bağlanır, savab işlər görür. Allah bu halda onu etdiyi günahlardan təmizləyə bilər. Hər bir müsəlman nə qədər günah etsə də çalışsın ki, ibadət etsin. İbadətlə məşğul olan insan istər-istəməz içkidən uzaqlaşacaq”.

 

İlahiyyatçı Müşviq Əsgərov isə hesab edir ki, Allahın haram qəbul etdiyi içkidən istifadə edən insan yalnız özünü aldatmış olur: “O içki içdiyini bəlkə də insanlardan gizlədə bilir. Bəs Allah? Ondan gizlədə biləcəkmi? O insan ki Allah qarşısında günahkar olacaq, səni məni aldatsa nə fayda. Yaxud sən namaz qılıb, sonra faizə pul veirsənsə, bu da düzgün deyil".

 

Milli Məcliisn deputatı Aqil Abbas da o fikirdədir ki, insan içki içməməlidir: "İçki insanı özündən çıxarır, onu məhv edir. Ruhu insanın əlindən alan bir şeyi Allah insana qadağa edir. Ruh Allahın zərrəsidir. Əgər sən içki içirsənsə, Allah səni tərk edir. Müsəlmana da bu ,ümumiyyətlə, spirtli içki olmaz. Əlbəttə, hər kəsin öz ürəyi və istəyi var. Hamı Allah adamı deyil. Kiməsə də qarışa bilmərik ki, sən içmə. İçib-içməyəcəyinə hər kəs özü qərra verməlidir”.

Xəbərlər