Plenar iclaslar, Qanun Layihələri 20 Dekabr 2021, 16:51 | Baxış sayı: 100
"Saytların arxivi Bil Qeytsin əlindədir”.

"Sayt bizim əlimizdə deyil. Sayt arxiv deyil. Saytı istənilən vaxt bağlaya, istənilən materialı çıxarda bilərsən. Saytların arxivi Bil Qeytsin əlindədir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, qəzetlər isə arxivdir: “Qəzetin satışı üçün respublika ərazisində şərait yoxdur. Küçədə qəzet satışı qadağan olunub. Bu qəzet camaata necə satılsın? Qəzetin birini də mən buraxıram. Qəzetə abunə yazılan yoxdur, dövlət qadağan edib. Azərbaycanda heç kəs reklam vermir. Çünki Azərbaycanda bir sement zavodu var, bir qida təşkilatı var. Rəqabət yoxdur. Reklam toyxana ilə yasxana idi, indi o da yoxdur. Reklam vəsaitləri qəzetlər, saytlar arasında bölünməlidir. Reklam bazarı olmadığı müddətdə qəzetlər dayanır. Sağ olsun Azərbaycan hökuməti, qəzeti dəstəkləyir. Yoxsa qəzetlər bağlanar gedər”.

Xəbərlər