Siyasət 19 May 2023, 15:37 | Baxış sayı: 106
"Rza Rzayevdən erməni vətəndaşı olar?!"

Milli Məclisin deputatı Aqil Abbas ötən gün "Drakon" ləqəbli aktyor, rejissor və ssenarist Rza Rzayevin həbs olunmasına münasibət bildirib. 

Aqil Abbas Demokrat.az-a açıqlamasında deyib ki, Rza Rzayev peşəkar rejissordur:

"İndi insandır da, əsəbləşib bir söz deyib. O, Azərbaycan millətçisidir. Dövlətini sevən adamdır. Bu millətin qeyrətini çəkən adamdır"

Aqil Abbas aktyor Rza Rzayevin məhkəmədə səsləndirdiyi "əgər məni tutsanız, vətəndaşlıq üçün Ermənistana müraciət edəcəm" kimi fikirlərindən də danışıb:

"Bir adam ki, Qarabağdan şedevr film çəkər, o, heç vaxt vətəndaşlığından imtina etməz. Əsəbi vəziyyətdə dediyi sözdür. Başına ip sallayıb oynatmayın! Onu oynadırlar. 

O vətəndaşlıqdan imtina edər heç? Rza Rzayevdən erməni vətəndaşı olar?! 

Nə danışırsınız, onu öldürsəniz belə imtina etməz! O, belə bir qeyrətli oğlandır. Onu yaxşı tanıyıram. İndi hirslənibdir, çünki ona ədakətsizlik ediblər".

Xəbərlər