Cəmiyyət 12 Aprel 2023, 15:50 | Baxış sayı: 200
"Quru sərhədlərin may ayında açılması yaxşı olardı"

Dünya ölkələri artıq COVİD-19-la bağlı bütün qadağaları aradan qaldırmağa başlayıb. Hətta, ABŞ-da 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən fövqəladə vəziyyət ləğv edilib. 

Bəs, Azərbaycanda karantin qaydalarının uzadılmasına ehtiyac varmı? 

Quru sərhədləri nə zaman açılacaq?


Məsələ ilə bağlı deputat Aydın Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, pandemiyanın təsirləri tamamilə azaldıqca, sərhədlərin açılması da reallaşa bilər:

"İndi pandemiyanın azaldığını müşahidə edirik. Ona görə də yaxın gələcəkdə quru sərhədlərimiz açıla bilər. Təbii ki, bu, Nazirlər Kabinetinin qərarı ilə olur. Ona görə də həmin qurumun adından nə isə deyə bilmərəm. Sadəcə olaraq, may ayı turizm üçün əlverişlidir. Bu səbəbdən quru sərhədlərin may ayında açılması daha yaxşı olardı. Bu, həm iqtisadiyyatımız, həm də xaricdə olan soydaşlarımızın gedib-gəlməsi üçün mühümdür".

Xəbərlər