Cəmiyyət 5 İyul 2023, 15:47 | Baxış sayı: 131
“O, şeirlərini ironiyayla yazır...”

“Müğənni Elza Seyidcahan maraqlı bir xanımdır. O, şeirlərini sarkazmla, ironiyayla yazır. İndi hamı düşüb Elzanın üstünə”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmasına münasibət bildirərkən deyib. 

Aqil Abbas cəmiyyətin məsələyə tənqidi münasibətinin yanlış olduğunu bildirib: 

“Dünya dağılıb?! Guya bu dəqiqə şeir oxuyan var, kitab oxuyan var?! Məşhurlardan başqa, Yazıçılar Birliyinin hansı üzvlərinin adlarını çəkə bilərlər?! Elza xanım da sənədlərlə müraciət edib, qəbul olub. Burada qeyri-adi nəsə yoxdur. Yəni bu müzakirə mövzusu deyil. Müzakirə etməyə o qədər mövzu var ki... 

Çingiz Abdullayevi tənqid edirlər, yaxşı deyil. O, Azərbaycanı dünyada tanıdan bir yazıçıdır. Nə isə... ”.

Xəbərlər