Siyasət 22 May 2023, 15:28 | Baxış sayı: 180
“Namazdan sonra müzakirələr çəkilirdi və Tehrana göndərilirdi”

“Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələrdə çox ciddi islahatlar aparıldı, mükəmməl dövlət idarəetmə sistemi formalaşdırıldı. 2006-cı ildə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdım. “Məşədi Dadaş” məscidindən çox ciddi siqnallar gəlirdi. O vaxt dini icmanı ləğv etdik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Nəsib Məhəməliyev “Reaksiya TV”nin efirində bildirib.

 

“Hər cümə günü xütbədə İranyönümlü çox ciddi təbliğat aparılırdı. O vaxtı da “Kərimə dövləti”, “Hüseynuyyun” hərəkatı barədə danışılırdı. Namazdan sonra müzakirələr çəkilirdi və Tehrana göndərilirdi. Sonralar məscid cüzi korrektələr etdi, amma həmin siyasət davam etdirildi. Tam məsuliyyətimlə deyirəm ki, bu gün də İranın o sahə üzrə təsiri davam edir. Allah rəhmət eləsin, dünyasını dəyişənlər var, bəzi səbəblərdən bütləşdirirlər... Reallıqda İran xətti davam edir. Dediklərim bir çoxlarının xoşuna gəlməyə bilər. Minlərlə gəncin beyni yuyulub. Gənclərə müraciət edirəm, 30 il ərzində Ocaq Nicat və onun kimi nağılbazların moizlərinin Azərbaycan xalqına cüzi də olsa, xeyri yoxdur. Əksinə ziyanı var”, - N.Məhəməliyev qeyd edib.

Xəbərlər