Cəmiyyət 30 May 2023, 12:34 | Baxış sayı: 172
“Məni müharibə pozdu”

Baku TV-də yayımlanan “Qapqara” verilişinin növbəti buraxılışı efirə gedib.

Verilişin budəfəki qonağı millət vəkili Aqil Abbas olub.

O, saxta hesablardan ünvanına nalayiq ifadələr söyləyənlərdən şikayətlənib:

“Söyüş yazırlar. Kişisənsə, gəl üzümə de, görüm deyə bilərsənmi?! Bir dəfə onlardan birini tapdım, mənə yalvardı”.

Deputat içkiyə Birinci Qarabağ müharibəsi dövründə başladığını vurğulayıb:

“Göydən bomba tökülürdü. Bir az içəndən sonra qorxu hissi olmurdu. Məni müharibə pozdu”.

Xəbərlər