Plenar iclaslar 2 Dekabr 2022, 16:31 | Baxış sayı: 132
“Kimsə Ağdamın, Ağcəbədinin əleyhinə danışsa, mən də cavab verərəm”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun bu gün parlamentin plenar iclasında Naxçıvan barəsində səsləndirdiyi fikirlər müzakirəyə səbəb olub. Deputatın “Naxçıvan həssas bölgədir və həssas bölgə ilə bağlı erməninin öyrətdiyi adamlar fikir söyləyirlər” deməsi birmənalı qarşılanmayıb. Bildirilir ki, Naxçıvan barəsində ən çox fikir söyləyənlər elə deputatlar olublar.

 

Milli Məclisin deputatı Aqil Abbas Pravda.az-a açıqlamasında həmkarının sözlərinə münasibət bildirib.

 

“Siyavuş Novruzov Naxçıvandandır. Elə Naxçıvandan da deputat seçilib. Hələ Naxçıvanda sular durulmayıb. İndidən çox “feyk”  xəbərlər yayırlar. Naxçıvanın statusunun ləğv edilməsi-filan... O da təəssübünü çəkir. Kimsə Ağdamın, Ağcəbədinin əleyhinə danışsa, mən də müəyyən bir cavab verərəm. Siyavuş Novruzov deyib, deyib də, öz fikrini bildirib. Burda nə pis şey var ki? Çünki ermənilər çoxdan hazırdırlar ki, Naxçıvanı işğal etsinlər. Ola bilər, Siyavuş Novruzov bunu bir az sərt deyib. Nə deyək?!”, - A.Abbas deyib.

Xəbərlər