“İranla müharibə istəmirik, diplomatik dillə başa salacağıq”
“İran təyyarələri sərhədboyu uçuş edib. Hava məkanımızı poza bilməzlər. Pozsaydılar, beynəlxalq qanunlar var, İranın təyyarəsini vurardıq. Gövdə göstərişi edirlər. İranın Azərbaycanda kitab mağazaları, mədəniyyət mərkəzləri nə qədərdir. Saymaqla bitməz. Onlardan casus kimi istifadə edirlər. Daxili İşlər Nazirliyi, xüsusi xidmət orqanları fəaliyyət göstərir və İranın şəbəkəsini dağıdır, casuslarını ifşa edir. Biz İranla müharibə istəmirik, diplomatik dillə başa salacağıq...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
“İran ermənilərin, Rusiyanın “tırka”sına gedib bizə qarşı belə münasibət bəsləyir, cavabını alar. Amma diplomatik yolla, hazırda müharibə etməyə ehtiyac yoxdur. Müharibəyə zəmin yaradacaq bir iş görməyiblər. İranın casus şəbəkəsinin dağıdılması çox yaxşı haldır. Amma çoxdurlar. Yalançı şiəliklə... İranda şiəlik yoxdur. Xalqda var, dövlət də bundan siyasi məqsədlə istifadə edir. Necə ki Sovet hökuməti vaxtı yalançı Marksizm, Leninizm, Kommunizm nə bilim, zirzibil ideyalar vardı. İranda da hökumətdə yalançı şiəlik var. Xalqdan sui-istifadə edir. Burda da oynamaq istədi, oynaya bilmədi...”, - deputat bildirib.