“İctimai nəqliyyatda qiymət artımı ilə bağlı xəbəri sizdən eşidirəm. Buna çox pis baxıram”
Bu sözləri Ölkə.az-a açıqlamasında millət vəkili Aqil Abbas Tarif Şurasının qərarı ilə metro və marşrut avtobuslarında gedişhaqqının 10 qəpik artması barədə danışarkən deyib.
“Belə şey olar? Bir işçinin işə gedib-gəlməsi ən aşağısı birbaşa gələrsə, gündə 80 qəpik edir. Ayda da 345 manat minimum əməkhaqqı alır. 2 marşrut dəyişsə, gedişhaqqı gündəlik 1 manat 60 qəpik edir. Deməli, aldığı maaşı yazıq yola verməlidir".
Deputat bildirib ki, qiymətlər endirilməlidir: "Evdən tez çıxmaq, piyada gəzmək lazımdır. Nə alternativ ola bilər? Təyyarəyə, yoxsa metroya minəcəklər? Bunun alternativi yoxdur. Qiymətlər endirmək lazımdır. Belə olmaz. Vətəndaşları, əhalini nəzərə almaq lazımdır. Əhali aldığı maaşı yola versə, işdən çıxacaq və evdə oturacaq”.