"Heydər Əliyevin kadr hazırlığı siyasətinin vacib istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsi idi"
Nazirlər kabinetinin təşkilatçılığı ilə,Heydər Əliyev sarayında Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirildi.
Tədbirdə çıxış edən Baş Nazir Əli Əsədov, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1970-80-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox məşhur ali məktəblərində 80-dən artıq sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 000-dək azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yarandı.
“İllər sonra Ulu Öndər özü etiraf edirdi ki, bu uzaqgörən strategiyanın əsas məqsədi, bir çox ixtisaslar üzrə milli kadrların hazırlanması ilə yanaşı, həm də Azərbaycan gənclərinin dünya görüşlərinin genişləndirilməsi idi”.
“Heydər Əliyev istəyirdi ki, hər bir azərbaycanlı gənc valideynlərinin kimliyindən, ailəsinin maddi vəziyyətindən asılı olmayaraq, istedadı varsa, ali təhsil almaq istəyirsə, buna nail olsun. Ulu Öndər Azərbaycandan kənarda təhsil alan gəncləri daim diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərir, onları öz doğma övladları adlandıraraq deyirdi. Vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcək Azərbaycan müstəqil dövlət olacaq və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”. Belə də oldu.
Heydər Əliyevin kadr hazırlığı siyasətinin vacib istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsi idi. 1972-ci ildən başlayaraq, hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ali hərbi məktəblərinə göndərilirdi. Eyni zamanda, böyük çətinliklər hesabına Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Amma bu təşəbbüslər irəli sürüləndə, milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetiriləndə heç kim təsəvvür edə bilməzdi ki, 2020-ci ilin bir payız günündə yüngül silahlarla Şuşanın sıldırım qayalarını aşan Azərbaycan Ordusuna məhz, Heydər Əliyevin xeyir-duası ilə hərbi təhsil almış milli kadrlar rəhbərlik edəcək”.
Baş Nazirdən sonra çıxış edən digər natiqlər də öz növbəsində Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətləri, şəxsi görüşlərlə bağlı səmimi xatirələrini bölüşdülər.
Dörd saata qədər davam edən toplantıda Ulu Öndərin geniş ictimaiyyətə bəlli olmayan fəaliyyəti barədə səslənən fikirlər, uzun müddət görüşmədiyimiz dostlarla, tələbə yoldaşları ilə ünsiyyət, hər birimizdə olduqca müsbət əhval-ruhiyyə yaratdı.
Bütün bunları təhlil edərkən, bir daha Heydər Əliyev şəxsiyyətinin, uzaqgörənliyinin, dühasının böyüklüyünü dərk edirsən. Heydər Əliyevin 70-80-ci illərdə xaricə oxumağa göndərdiyi kadrların tam əksəriyyəti, başda o dövrün ən nüfuzlu ali məktəbi hesab olunan Moskva Beynəlxalq münasibətlər institutunun məzunu olan Prezident İlham Əliyev olmaqla, bu günki güclü Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yerini tutmasında öz töhfələrini vermişdir.
Azərbaycandan kənarda təhsil almış və Ulu Öndərin rəhbərliyində çalışımış gənclərin hər biri, “Heydər Əliyev” məktəbinin məzunları olduqları üçün fəxr edirlər. Bizim hər birimizi birləşdirən bu tezis, daim çalxalanan dünyada Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunması, mulli birliyimizin saxlanması üçün olduqca vacibdir.