Siyasət 20 İyun 2023, 14:23 | Baxış sayı: 96
“Fransa, Rusiya və İranın təhriki ilə Azərbaycan təxribatlara çəkilir”

"Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulmasının əsas səbəbi iki ölkə arasında aparılan sülh danışıqlarını əngəlləmək və iflasa uğratmaqdır".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, qarşıda Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə yüksək səviyyədə görüş keçiriləcək:

"Ermənistan Naxçıvan istiqamətində atəşkəsi pozmaqla görüş öncəsi müəyyən təzyiq vasitələrinə əl atır. Fransa, Rusiya və İran kimi xarici havadarlarının təhriki ilə Azərbaycanı təxribatlara çəkir. 

Hazırki vəziyyətdə bölgədə gedən proseslər, geosiyasi oyunlar açıq şəkildə aparılır. Demək olar ki, bütün kartlar açılıb və Brüsselin təklif etdiyi sülh formatı qeyd etdiyim ölkələri qane etmir. Hər üç ölkə Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsinin imzalanmasını, özlərinin bölgədəki ənənəvi maraqlarına zərər verəcəyini düşünürlər. Gərginliyin saxlanması üçün isə Ermənistan cəmiyyətində “maşa” daşnak-millətçilərindən, revanşist qüvvələrdən ibarət kifayət qədər material var. Bu iki xarici və daxili qüvvələrin vəhdəti heç zaman imkan verməyəcəkdir ki, Cənubi Qafqaza dayanıqlı sülh gəlsin və uydurma “erməni məsələsi” beynəlxalq gündəlikdən bir dəfəlik çıxarılsın"

mənbə:demokrat.az

Xəbərlər