Siyasət 18 Aprel 2023, 13:29 | Baxış sayı: 99
"Ermənistana qarşı hüquqi və maliyyə sanksiyaları tətbiq olunmalıdır"

"Heç kimin ermənilərin bayraq təxribatına münasibəti normal ola bilməz. Mən də qəti şəkildə qınayıram və hesab edirəm ki, ermənilər belə cılız hərəkətləri ilə özlərini növbəti dəfə ifşa etdilər. Hətta, bəzi erməni siyasətçilərinin təxribatın Ermənistanı dünyada biabır etdiyi barədə bəyanatları səsləndirildi". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Deputat qeyd edib ki, idmanla siyasəti qarışdırmaq olmaz.
 
"Əfsuslar olsun ki, ermənilər üçün beynəlxalq qanunlar, ümumbəşəri dəyərlər, insanlıq kimi anlayışlar keçərli deyil. 

Ermənistana hansı cəzanın tətbiq olunmasına gəldikdə isə, düşünürəm ki, gələcəkdə belə halların təkrarlanmaması üçün müəyyən dövrdə bu ölkədə beynəlxalq tədbirlərin, idman yarışlarının keçirilməsi qadağan olunmalıdır. Ermənistana qarşı hüquqi və maliyyə sanksiyaları tətbiq olunmalıdır".

Xəbərlər