“Ermənilərin iki yolu var: ya bayrağımız altında yaşamalıdırlar, ya da ki, çıxıb getməlidirlər”
"Hazırda Cənubi Qafqaz regionu tarixinin ən çətin dövrünü yaşayır və bölgədə olduqca mürəkkəb proseslər gedir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, dünyada informasiya müharibəsi fasiləsiz davam edir:
"Biz sosial şəbəkələrdə saysız-hesabsız şaiyələrə, dezinformasiyalara rast gəlirik. Belə bir vəziyyətdə ölkə başçısının dilindən hadisələrə verilən qiymət son dərəcə dəyərlidir.
Ələlxüsus, dediyi sözü əməli ilə təsdiq edən və opponentlərini bir neçə addım qabaqlayan Prezident İlham Əliyevin fikirləri beynəlxalq birlik tərəfindən öyrənilir, təhlil edilir. Bu baxımdan, Prezidentin Ermənistana və onun himayədarlarına, dünya erməniliyinə, Qarabağın erməni əhalisinə verdiyi mesajlar, xəbərdarlıq kimi qəbul olunmalıdır.
Yəni, ermənilərin iki yolu var: "Ya Azərbaycan bayrağı altında yaşamalıdırlar, ya da ki, çıxıb getməlidirlər”. Budur, Azərbaycanın prinsipial mövqeyi! Ermənilər bundan ciddi nəticə çıxarmalıdırlar".