Siyasət 14 Fevral 2023, 16:02 | Baxış sayı: 199
“Erməni “xilasedicilər”in Türkiyədə törətdikləri qarət anti-insani, anti-bəşəri cinayətdir”

“Erməni “xilasedicilər”in Türkiyədə törətdikləri qarət anti-insani, anti-bəşəri bir cinayətdir. Belə bir haldan, insanların çıxılmaz vəziyyətindən, faciəsindən varlanmaq məqsədilə istifadə etmək məhz ermənilərə xas hərəkətdir. Bununla da erməni xalqı öz xislətini bir daha nümayiş etdirdi. Elə şey ola bilməz ki, normal təfəkkürlə xilasetmə əməliyyatında iştirak edəsən və orada faciəvi şəkildə dünyasını dəyişənlərin, yaralıların malını, sərvətini oğurlayasan. Əslində, Ermənistanın Türkiyəyə yardım təklif etməsində qeyri-adi bir şey yox idi. Çox doğru addım oldu və  “düz Allah əyri iş götürməz” məsəli təsdiqini tapdı, ermənilərin əməli ifşa olundu. Bu, bir daha göstərdi ki, gələcəkdə ermənilərə heç bir halda bel bağlamaq, inanmaq olmaz. Dünyanın yüzə yaxın ölkəsi Türkiyədə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında iştirak edir. Bu, normal prosesdir. Belə bir həssas dönəmdə Ermənsitanın təklifindən imtina edilməsi, düşünürəm, doğru olmazdı. Baş nazir Nikol Paşinyan zəlzələ baş verəndə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana zəng etdi, başsağlığı verdi. Ardınca bir neçə maşından ibarət humanitar yardım göndərildi. Türkiyənin Ermənistan kimi cılız, kasıb bir dövlətin göndərdiyi yardıma ehtiyacı yoxdur, sadəcə, qonşuluq münasibətlərini əsas götürərək, əlavə gərginliyin olmaması, gələcəkdə münasibətlərin normallaşması məqsədilə Türkiyə Ermənsitana belə bir icazə verdi. Bu da anlaşılandır...”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev erməni “xilasedicilər” Arsen Qazaryan və Vahan Sürmalyanın Türkiyənin Adıyaman şəhərində zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etmələrinə münasibət bildirərkən deyib.

 

Deputat vurğulayıb ki, Türkiyə Ermənistanın yardım təklifini qəbul etməsəydi, bu, digər dövlətlər tərəfindən düzgün anlaşılmaya bilərdi: “Paşinyan, ümumiyyətlə, Ermənistan Türkiyənin rastlaşdığı bu faciədən öz məqsədləri üçün yararlanmaq istəyirlər. Ermənistan sərhəd qapılarının açılmasından, münasibətlərin qurulmasından və yaranmış vəziyyətdən fürsət bilib, bundan ənənəvi himayədarı Rusiyadan imtina etmək, Qərbyönümlü siyasət aparmaq üçün yararlanır. Gələcək münasibətlər, təbii ki, bilavasitə Ermənistanın özündən asılıdır. Ermənistan necə davranacaqsa, ona uyğun adekvat cavabını alacaq. Çünki regional məsələlərdə cənab Prezident İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış tarixi Şuşa bəyannaməsi var. Bütün regional məsələlərdə geosiyasi problemlərlə bağlı məsləhətləşmələr aparılır və hər iki dövlətin xarici siyasəti uzalşadırılır. İnanıram ki, Türkiyə Ermənistanla münasibətlərində hər zaman Azərbaycanın maraqlarından çıxış edəcək, Azərbaycanın maraqlarını qoruyacaq. Növbəti mərhələdə Ermənistan sülhə yönəlik siyasətini davam etdirəcəksə, təbii ki, həm Türkiyə, həm də Azərbaycan tərəfindən adekvat cavab alacaq. Əks istiqamətdə yenə gərginliyə səbəb olan, regional təhlükəsizliyə təhdid ola biləcək addımlar atacaqsa, bunun da müvafiq cavabını alacaq”.

Xəbərlər