Cəmiyyət 16 Avqust 2022, 13:06 | Baxış sayı: 198
"Dövlət Bayrağı Meydanımız boş qalmalı deyildi ki... "

 

Milli Məclisin deputatı Aqil Abbas Bakıda ümumi hündürlüyü 191 metr olan dünyanın ən hündür bayraq dirəyinin quraşdırılması ilə bağlı açıqlamasında deyib ki, burada qeyri-adi bir şey yoxdur: “Düzdür, o vaxt alınmadı, buna görə kimlərsə cəzalandırıldı. Dövlət Bayrağı Meydanın rəhbərliyi də həbs olundu. Əslində, bu dəqiqə bayrağımız dünyanın ən hündür yerindədir. Şuşada, Kəlbəcərdə, Laçında dalğalanır. Əsas Şuşada dalğalanır. Dövlət Bayrağı Meydanımız boş qalmalı deyildi ki... Həmin bayrağı yenidən qaldırmaq istəyirlər. Burada qeyri-adi bir şey yoxdur. Kim nə deyir, özü bilər”.

 

Bu məsələ cəmiyyət arasında müzakirəyə səbəb olub. Əvvəl də Dövlət Bayrağı Meydanına küllü miqdarda vəsait ayrılmışdı, lakin bu, gözləntiləri doğrultmadı. Bu səbəbdən yeni hazırlanan bayraq dirəyi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə müzakirələr zamanı bildirilib ki, bu vəsait daha faydalı istiqamətlərə xərclənə bilərdi.

 

Mənbə: Pravda.az

Xəbərlər