Ümumi 5 Aprel 2021, 16:06 | Baxış sayı: 291
Deputat: "Ov dünyanın ən gözəl istirahətidi. Ovdan aldığın ləzzəti heç nə əvəz edə bilməz. Hətta Cenifer Lopez də.”

Deputat Aqil Abbas ədalət qəzetində ov barədə bunları yazıb:

“Bu yazının ərəblərin ov eləməsi ilə bağlı heç bir əlaqəsi yoxdu. Elə baxıram ki, mətbuat və sosial şəbəkələr hamısı ovdan yazır, ovçuluqdan yazır. Və ümumiyyətlə, ovçuluğu vəhşilik adlandıranlar da var.

Mən də ov həvəskarıyam. Əvvəllər çox gedərdim, amma ov yoldaşlarımın bəziləri rəhmətə getdiyindən, bəziləri isə mənim kimi yaşlaşdıqlarına görə son illər ov məni maraqlandırmır, hərdən ürəyimdən keçsə də.

Hətta İctimai Televiziya bir zamanlar mənimlə bağlı «Ovçu» adlı sənədli film çəkmişdi. Məndən əvvəl də Vaqif Səmədoğludan çəkmişdilər.

Vaqif Səmədoğlu əsl ovçu idi, quşu gözündən vururdu. Amma onunla bir yerdə ova getmək qismət olmadı.

Ov dünyanın ən gözəl istirahətidi. Ovdan aldığın ləzzəti heç nə əvəz edə bilməz. Hətta Cenifer Lopez də.”

Xəbərlər