Deputat: “Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində həlak olan bəzi şəxslərə şəhid adı verilməyib”.
Ümumi
2 Aprel 2021, 18:40 | Baxış sayı:
422
“Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində həlak olan bəzi şəxslərə şəhid adı verilməyib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib.
Deputat bildirib ki, onlara da şəhidlik statusunun verilməsi mütləq lazımdır: “Həmin dövrdə həlak olub, şəhid statusu verilməyən insanlarla bağlı məsələyə yenidən baxmaq lazımdır. Biz 1993-cü ildə qəbul olunan qanuna yenidən baxmalı, bəzi dəyişikliklər etməliyik. Xidmət zamanı avtoqəzada, döyüş yoldaşının diqqətsizliyi və digər səbəbdən həlak olanlara da şəhid statusu verilməlidir. Türkiyə təcrübəsində belə hallar nəzərə alınır”.