Cəmiyyət 26 Yanvar 2024, 14:38 | Baxış sayı: 222
“Cəmiyyətin seçkilərə yüksək marağı var”

“Sosial Tədqiqatlar Mərkəzi olaraq bu faktı müşahidə edirik ki, təşviqat kampaniyasının ilk dəqiqələrindən etibarən sosial şəbəkələrdə, mediada məhz seçki ilə bağlı paylaşımlar, məqalələr və xəbərlər daha çox oxunur. Bu, cəmiyyətin seçkilərə yüksək marağından xəbər verir. İnanırıq ki, səsvermə günü də yüksək seçici fəallığının şahidi olacağıq”. Bunu secki-2024.az saytına açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri səlahiyyətlərini icra edən politoloq Elşad Mirbəşir deyib.

STM təmsilçisi vətəndaşların indiki seçkilərə həssas yanaşmalarının səbəblərini də açıqlayıb: “Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, Qarabağ zəfəri ölkəmiz üçün yeni situasiya formalaşdırıb. Son 4 ildə Azərbaycan özünün obrazını tamam yeniləyib. Bunun fonunda baş tutacaq 7 fevral prezident seçkiləri gələcək inkişafımız üçün mühüm əhəmiyyət daşımaqdadır. İnsanlar bunun fərqindədirlər və prezident seçkisinə önəm verirlər. Hazırki vəziyyət  haqlı olaraq cəmiyyət tərəfindən tarixi hadisə kimi qiymətləndirilir. Vətəndaşlar bu tarixi mərhələni həm də yeni, tamam fərqli bir Azərbaycanın başlanğıcı kimi dəyərləndirirlər”.

Xəbərlər