Cəmiyyət 12 Mart 2024, 14:08 | Baxış sayı: 128
"Qohum nikahlarının qarşısının alınması müsbət nəticələrə gətirib çıxarmayacaq"

Qohum nikahlarının qarşısının sərt şəkildə alınması müsbət nəticələrə gətirib çıxarmayacaq. Çünki cəmiyyətdə qadağan olunan məsələ daha çox diqqət və maraq cəlb edir.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşiroğlu qohum evlilikləri ilə bağlı təşkil edilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda 45 min 500 nəfər ailə qurub, ancaq 20 min nəfər boşanıb: "Qohum nikahları ilə bağlı göstərici isə 600-700 arası olub. Bu, elə də böyük göstərici deyil. Ailə quran insanlarda gənclər arasında hansısa keçilməz hisslər mövcuddursa, onlar tibbi müayinədən də keçə bilərlər. Azərbaycan cəmiyyətində təhlükəli tendensiya müşahidə olunur. Çünki boşanmaların sayı sürətlə çoxalır. Bu bizi daha çox narahat etməlidir".

report.az

Xəbərlər