Plenar iclaslar 13 Noyabr 2023, 15:27 | Baxış sayı: 89
"Gələcək üçün işğaldan azad olunan ərazilərin ayrıca inkişafı stragetiyası hazırlanmalıdır"

"Gələcək üçün işğaldan azad olunan ərazilərin ayrıca inkişafı stragetiyası hazırlanmalıdır".

Bunu Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin noyabrın 13-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, həmin strategiya çərçivəsində həmin ərazilərin bərpası üçün kənar mənbələrdən vəsaitlərin cəlbi uyğun olardı.

Deputatın sözlərinə görə, azad edilən ərazilərin bərpası üçün lazım olan vəsaitlərin ilkin proqnozu kimi 50-55 milyard manat, bəzən də daha yüksək rəqəmlər səsləndirilir: “Hesab edirəm ki, həmin məbləğ dövlət büdcəsinin imkanları xaricindədir və əlavə yük deməkdir. Odur ki, gələcək üçün işğaldan azad olunan ərazilərin ayrıca inkişaf strategiyası hazırlanmalıdır”.

report.az

Xəbərlər