Cəmiyyət 20 Aprel 2022, 17:07 | Baxış sayı: 169
"Bu qədər gərginliyin, münaqişə və müharibələrin içində uzunömürlü qalar?"

“Azərbaycanda pensiya yaşının xüsusilə qadınlar üçün artırılmasına ehtiyac yoxdur. Kişilərin pensiya yaşını artırıblar, eybi yox, amma qadınların 60 yaşdan etibarən təqaüdə göndərilməsi məsləhətdir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Deputat bildirib ki, azərbaycanlılar uzunömürlü deyil: “Azərbaycanda uzunömürlü haradadır?! Bu qədər gərginliyin, münaqişə və müharibələrin içində uzunömürlü qalar? Cavan insanlar ürəkləri partlayır, ölürlər, infarkt keçirir, insult olurlar. Musa Quliyev özü də həkimdir, insanın müəyyən yaşdan sonra əmək qabiliyyəti zəifləyir axı... Yəni, pensiya yaşının azaldılmasına ehtiyac var”.

Xəbərlər