“Bu məsuliyyət bilavasitə Molla rejiminin üzərinə düşür”
Milli Məclis
27 Yanvar 2023, 17:37 | Baxış sayı:
198
“İranın Tehran şəhərində Azərbaycan səfirliyinə xaincəsinə təşkil edilmiş hücumu şiddətlə qınayıram.” – Ulusal.az xəbər verir ki, bunu millət vəkili Nəsib Məhəməliyev bildirib.
Millət vəkili hesab edir ki, bu terror aksiyasıdır və məsuliyyət bilavasitə Molla rejiminin üzərinə düşür.
“Həlak olmuş soydaşımıza Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram. İran hadisənin obyektiv, şəffaf araşdırılmasını təmin etməli və Azərbaycanın hüquq mühafizə orqanlarının istintaqda iştirakına şərait yaratmalıdır. Əks halda, hüquqi müstəvidə beynəlxalq birlik tərəfindən bu ölkənin rəsmən terroru dəstəkləyən dövlət olaraq tanınması istiqamətində ciddi iş aparmalıyıq.”– deyə millət vəkili bildirib.