Siyasət 8 İyul 2023, 22:14 | Baxış sayı: 164
"Beynəlxalq Ədalət Məhkəməsinin qərarı erməni fitnəkarlığının iflasa uğradığını göstərir"

"Beynəlxalq Ədalət Məhkəməsinin qərarı erməni fitnəkarlığının iflasa uğradığını göstərir".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın yolu ilə bağlı 12 may 2023-cü il tarixli vəsatətinə rədd cavabı verməsi Azərbaycan dövlətinin beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərdiyini bir daha sübut edir:

"Azərbaycan hüquqi ərazilərinin suverenliyinin qorunması məqsədi ilə Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini yaradıb. Rəsmi Bakının atdığı bu addım beynəlxalq səviyyədə də qanuni hesab olunur".

"Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı faktiki olaraq Azərbaycan dövlət sərhəd-buraxılış məntəqəsinin qurulmasının beynəlxalq hüquq tərəfindən tanındığını isbatlayıb"-, o qeyd edib.

A.Hüseynov vurğulayıb ki, artıq dünya ictimaiyyəti Ermənistanın yürütdüyü yalan dolu siyasətini tanıyır: "Bu, onlara verilən obyektiv qiymətdir".

report.az

Xəbərlər