Ümumi 9 Fevral 2023, 13:04 | Baxış sayı: 124
“Bank hesablarının açılması qardaşlarımıza dəstəyi daha da artıracaq”

"Türkiyədə baş verən hər birimizi çox kədərləndirir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, bu gün hər birimiz Türkiyənin yanındayıq:

"Türkiyədə zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, türk xalqına isə  səbr diləyirəm. Bu gün ölkəmizdə Türkiyəyə yardım üçün kampaniyalar təşkil edilir. Düşünürəm  ki, bu yardım mərkəzləşmiş qaydada tənzimlənəcək və ünvana çatdırılması daha da intensiv olacaq.

Yardım üçün bank hesablarının açılması prosesi qardaşlarımıza göstərilən dəstəyi daha da artıracaq".

Xəbərlər