Cəmiyyət 7 İyul 2022, 15:59 | Baxış sayı: 187
“Azərbaycanda heç bir aksiyanın, mitinqin keçirilməsinə ehtiyac yoxdur".

“Azərbaycanda heç bir aksiyanın, mitinqin keçirilməsinə ehtiyac yoxdur. Quru sərhədlərin açılmaması hökumətin verdiyi qərardır və hökumət bu qərarı kifayət qədər əsaslandırır”.

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Milli Şuranın quru sərhədlərin bağlı olmasına qarşı Nazirlər Kabinetinin önündə keçirməyi planlaşdırdığı mitinq barədə danışarkən deyib.

Deputat bildirib ki, hələ koronavirus pandemiyası davam edir: “Bundan sui-istifadə hallarına yol vermək və siyasi məqsədlər üçün istifadə etmək olmaz. Bunu doğru hesab etmirəm. Dünyada çox mürəkkəb proseslər gedir. Eyni zamanda post-sovet ölkələrində bir-birinin ardınca ictimai, siyasi rezonans doğuran hadisələr baş verir. Xarici qüvvələr də bundan bəhrələnirlər. Ermənistanla da problemlərimiz tam həllini tapmayıb. Müharibə şəraitindəyik. Ermənistan daha çox son vaxtlar əldə olunmuş razılaşmalardan imtina edir, müxtəlif bəhanələr gətirilir, revanş, müharibə çağırışları səsləndirilir. Bu baxımdan, indiki halda ən düzgün variant, vacib vəzifə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasıdır”.

Xəbərlər