İqtisadiyyat 24 Yanvar 2023, 17:00 | Baxış sayı: 171
"AZAL monopoliyadır, Cahangir Əsgərova gücümüz çatmır, pulu var"

“AZAL monopoliyadır. Cahangir Əsgərov sanki özəl şirkət yaradıb. Dövlətdən dotasiya alıb istədiyini edir. Bunu tək mən yox, dövlət də görür. Buradan Tiflisə 1000 manata bilet olar? 600 km yoldur. Bu qiymətləri kim qoyur?!

AZAL-ın prezidenti Azərbaycan prezidentini qəbul etmir, özü özünün prezidentidir. Bir ölkədə neçə prezident olar? Ölkənin bir prezidenti var, o da Cənab Prezident İlham Əliyev. Qalanları sədr, şef və ya müdir olmalıdır. 

Onu həmişə tənqid etmişəm. Amma gücümüz çatmır. AZAL-ın prezidentidir. Pulu, qüdrəti var, bizdən güclüdür”. 

Xəbərlər