Siyasət 5 Aprel 2024, 16:40 | Baxış sayı: 235
"Afrikada Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır"

Afrikada Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, hazırda dünyada hər keçən saat ərzində bir-birindən maraqlı və maraqlı olduğu qədər də mürəkkəb proseslər baş verir: “Bu prosesləri müşahidə etmək bir tərəfdən bizlər üçün ötən hər günümüzün stress içərisində keçməsi deməkdir. Lakin digər tərəfdən də dünya haqla nahaqqın, xeyirlə şərin, sabitliklə qanlı müharibənin tərəfində hansı güclərin, yaxud da hansı dövlətlərin dayandığını görə bilir. Bu prizmadan yanaşanda Azərbaycanın haqqın, xeyrin yanında olduğu, müharibənin olmaması üçün çabalar göstərdiyini hər kəs görür. Azərbaycan eyni zamanda kolonializmə qarşı mübarizə aparır. Elə Bakı Təşəbbüs Qrupunun yaradılması da bunun əyani sübutudur. Bu addım Afrika qitəsi ölkələri tərəfindən olduqca müsbət qarşılanır və dəstəklənir. Hətta Fransanın ənənəvi aktiv olduğu Afrika regionunda da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bunlardan biri də Konqodur”.

Vüqar İskəndərov bildirib ki, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana səfərinə də bu prizmadan yanaşmaq olar: “Hesab edirəm ki, Konqo Prezidentinin Azərbaycana səfəri ölkəmizin sərgilədyi sülhsevər və hələ də bəzi ölkələrin əsarəti altında olan xalqlara azadlıq tələb edən siyasətinin nəticəsidir. Daha dəqiq desək, Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir ki, ölkəmizin dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi uğurlar Afrika ölkələri tərəfindən maraqla qarşılanır. Azərbaycanın bu sülhsevər siyasəti hər zaman şərə xidmət edən və qanlı müharibələrin yaranması əsas rollardan birini oynayan, xüsusilə də Afrikada hələ də müstəmləkəçilik siyasəti yürüdən Fransanı razı salmır. Ona görə də Fransa ölkəmizə qarçı hücumlar təşkil edir. Lakin bu cəhdlər əbəsdir və Fransanın özünün əleyhinə işləyir. O dərəcədə əleyhinə ki, artıq Afrikadakı Fransa əsarəti altında olan ölkələr Parisin hegemoniyasına son qoyulması üçün ayağa qalxıblar. Ən əsası isə onların bu mübarizədə ümid yeri kimi baxdığı məhz Azərbaycandır”.

APA

Xəbərlər