Siyasət 19 Avqust 2021, 14:17 | Baxış sayı: 284
"Adı çəkilən rayonların icra başçısı və deputatı orda olmayıbsa, bu o demək deyil ki, onlara qadağa qoyulub".

“Bunu kim və hansı ağılla yazıb? Elə dörd dəfə Ağdama mən getmişəm. Deputat həmkarlarımız Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov və mən möhtərəm prezidentlə birlikdə Ağdamda olmuşuq bunu televiziyada da verib və çıxışlarımız da olub”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas işğaldan azad edilən rayonların icra başçılarına və deputatlarına Qarabağa səfəri ilə bağlı qoyulan qadağalar məsələsinə toxunarkən deyib: 

“Eyni zamanda, Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov da həmin tədbirdə iştirak edib, məruzə edib və müəyyən məsələləri ölkə başçısı ondan soruşub. Yəni belə bir qadağa yoxdur. Bunu səs çıxarmaq, gündəm dəyişmək üçün niyə yazırlar ki? 

Prezident Kəlbəcərə və Laçına getmişdi və adı çəkilən rayonların icra başçısı və deputatı orda olmayıbsa, bu o demək deyil ki, onlara qadağa qoyulub. Kəlbəcərin layihəsi hazır olanda prezident ziyalıları, deputatları, icra başçılarını da götürüb ora gedəcək. Ölkə başçısı tez-tez o yerlərə səfər edir və özünün bildiyi müəyyən protokolu var. Şəxsən özüm dörd dəfə Ağdamda olmuşam və bu günlərdə yenə gedəcəm. Elə Şuşanın icra başçısı “Xarıbülbül” festivalında idi”.

A.Abbas da o yerlərə gedərkən hər kəsin icazə almalı olduğunu bildirib: 

“Kim getmək istəyirsə, icazə almaq lazımdır. Çünki o yerlər hələ minalardan təmizləməyib, bundan başqa bəzi adamlar ürəklə atasının qəbrini, evini görməyə gedir. Amma bildiyimiz kimi adamlar da var ki, gedib silah və başqa şeylər oğurlayıb gətirə bilər. Nəzarət olmalıdır ki, adamlar xəlvəti yollarla gedib minaya düşməsinlər. Bu mənada mina təmizlənməmiş, işlər görülməmiş qapını açıb desinlər ki, gedin və sonra bunun qarşısını almaqmı olar?”.

Xəbərlər