2023-cü ilin ilk 5 ayında deputatların sosial media aktivlikləri
“Meclis.info” deputatların 2022-ci il üzrə Sosial Media hesablarının monitorinqini sizlərə təqdim edir.
Deputatların sosial media aktivlikləri hesablanarkən onların 1 yanvar 2023-cü il tarixindən 31 may 2023-cü il tarixinədək facebook, instagram və twitter səhifələrindəki paylaşımlarının cəmi nəzərə alınmışdır.
Monitorinq nəticəsində bəlli oldu ki, Milli Məclisin 118 deputatından 24-nün göstəriciləri sıfırdır. Onlardan bəziləri sosial mediada aktiv deyillər və bu zaman zərfində heç bir paylaşım etməyiblər. Bəziləri isə ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmir.
Demək olar ki, bütün platformalar üzrə siyahıya deputat Hicran Hüseynova başçılıq edir. Hicran Hüseynova facebook, instagram və twitter hesablarında ümumilikdə 2964 post paylaşıb. 2-ci yeri 2542 paylaşımla Elman Nəsirov tutur. 3-cü yerdə isə 1726 paylaşımla Bəhruz Məhərrəmov qərarlaşıb.
Tam siyahıyla aşağıdan tanış ola bilərsiniz.