İnfoqrafika 12 İyul 2023, 17:10 | Baxış sayı: 154
2022-ci ildə edilməmiş çıxış mətni təqdim edən deputatlar

Meclis.info 2022-ci ildə Milli Məclisin 37 plenar iclası ərzində edilməmiş çıxış mətni təqdim edən deputatların siyahısını sizlərə təqdim edir.

2022-ci ildə 46 deputat toplamda 165 edilməmiş çıxış mətni təqdim edib. Ən çox edilməmiş çıxış mətni təqdim edən deputat 67 saylı Cəlilabad şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatıdı Malik Həsənovdur. Malik Həsənov 22 dəfə edilməmiş çıxış mətni təqdim edib. Qeyd edək ki, Malik Həsənov 2022-ci ilin 37 plenar iclası ərzində Milli Məclisdə cəmi 1 dəfə çıxış edib.

2-ci və 3-cü yerləri isə 14 edilməmiş çıxış mətni sayı ilə Sədaqət Vəliyeva və Ceyhun Məmmədov təqdim edib. Sədaqət Vəliyeva 25 saylı Nizami ikinci seçki dairəsinin, Ceyhun Məmmədov isə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatıdır. Hər iki deputat YAP üzvüdür.

Tam siyahıyla ilə aşağıda tanış ola bilərsiniz.

Xəbərlər